Ağdaş Regional Mədəniyyət İdarəsinə yeni rəis təyin edilib.
“İki sahil" xəbər verir ki, bununla bağlı mədəniyyət naziri Anar Kərimov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsi Səxavət Məmmədova həvalə olunub.
O, bu təyinatadək Mingəçevir Dövlət Dram Teatrının direktoru vəzifəsində çalışıb.
Qeyd edək ki, Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi Ramiz Quliyev bir müddət əvvəl işdən çıxarılıb.
Xatırladaq ki, Ağdaş Regional Mədəniyyət İdarəsi Ağdaş, Ucar, Zərdab və Göyçay rayonlarını əhatə edir.
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub
Tünzalə Ağayeva ilə bağlı diqqətçəkən görüntülər – kameralar qarşısında nə baş verdi?