01 mart 2021 19:22
1123

Nazir Ankarada Heydər Əliyev Parkını ziyarət edib

Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti martın 1-də Ankarada Heydər Əliyev Parkını ziyarət edib.

"İki sahil" xəbər verir ki, nazir Anar Kərimov Ümummilli Liderin parkdakı abidəsinin önünə əklil qoyub, xatirəsini ehtiramla anıb.

Azərbaycan nümayəndə heyətinin Türkiyəyə səfəri davam edir.