Xudatda idarəetmədən çıxan avtomobil qaz şəbəkəsinə ziyan vurub
Xaçmaz rayonu, Xudat şəhəri ərazisində qarlı hava şəraitində idarəetmədən çıxan avtomobil qaz şəbəkəsinə ziyan vurub.
"Azəriqaz" İstehsalat Birliyindən "İki sahil"ə verilən məlumata görə, 3 kənddə xidmət göstərən diametri 57 mm olan qaz xəttini minik avtomobili zədələyib. Mindən çox abonentin qaz təchizatında müvəqqəti fasilə yaranıb.
Məlumata görə, Xaçmaz Regional qaz istismarı İdarəsinin əməkdaşları təcili tədbirlər görür ki, qazın verilişi tez bir zamanda təmin edilsin.
"Əsrin müqaviləsi"nin 32-ci ildönümü və Neftçilər Günü münasibətilə tədbir keçirilib
SOCAR-ın kollektivi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib - FOTO