“İki sahil” Qarabağ uğurunda gedən döyüşlərdə şəhid olmuş Nəsibov Asəf Səfəralı oğlunun əziz xatirəsinə ithaf edilən və müəllifi Kazım Kazımlı olan “Layiq oldu bu şərəfə” adlı şeiri təqdim edir:
Hardan əsdi qara yellər,
Qana döndü axan sellər,
Nakam ömrə yandı ellər,
Durnalar düzülsün səfə,
Göz yaşı töksün Asəfə.
***
Şəhidlik yolunu seçdi,
Torpaq üçün candan keçdi,
Bu dünyadan vaxtsız köçdü,
Səngərdə gəldi hədəfə,
Güllə dəydi gənc Asəfə.
***
Kazım deyir ölməz hünər,
Qazandıq Qələbə, Zəfər,
El yolunda “şəhid əsgər”,
Layiq oldu bu şərəfə,
Bu ad yaraşır Asəfə.
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub
Tünzalə Ağayeva ilə bağlı diqqətçəkən görüntülər – kameralar qarşısında nə baş verdi?