22 fevral 2021 19:38
785

Bakıda binanın zirzəmisində yanğın söndürülüb VİDEO

Bakı şəhərinin Yasamal rayonunda 20 Yanvar dairəsinə yaxın ərazidə yerləşən binanın zirzəmisində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bu barədə "İki sahil"ə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Yasamal Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi, polkovnik Rəşad Nəsirov APA-ya bildirib ki, hadisə nəticəsində 6 mərtəbəli binanın zirzəmisində 100 kv. metr ərazidə tikinti materialları yanıb.