22 fevral 2021 14:32
1034

Heydər Əliyev Sarayında əməkdaşlıq memorandumu imzalanıb

Bu gün Heydər Əliyev Sarayı və “Davam Gənclər Hərəkatı” İctimai Birliyi arasında birgə əməkdaşlıq haqqında memorandum imzalanması üçün görüş keçirilib.

"İki sahil" bildirir ki, Heydər Əliyev Sarayının direktoru Ramil Qasımov qonağı salamlayaraq 1972-ci ildə qapılarını tamaşaçıların üzünə açan, öz qurucusu Ümummilli Liderin adını daşıyan tarixi səhnə, tarixi sənət məbədi Heydər Əliyev Sarayı haqqında ətraflı məlumat verib. 

Ramil Qasımov çıxışının sonunda “Davam Gənclər Hərəkatı” İctimai Birliyinin fəaliyyətini yüksək qiymətləndirdiyini və gələcəkdə istər ölkə daxilində və istər xaricində istedadlı və yaradıcı gəncləri üzə çıxararaq peşakar, müasir, kreativ gənclər kimi yetişdirilməsində və işlə təmin olunmasında mühüm rolu olacağını və bu istiqamətdəki fəaliyyətlərində onlara uğurlar, yeni-yeni nailiyyətlər arzu etdiyini diqqətə çatdırdı.

“Davam Gənclər Hərəkatı” İctimai Birliyinin sədri Nihad Allahyarlı Heydər Əliyev Sarayı və “Davam Gənclər Hərəkatı” İctimai Birliyinin yaxın zamanda birgə müxtəlif, yeni layihələr ərsəyə gətirəcəklərini nəzərə çatdırdı. 

Daha sonra Heydər Əliyev Sarayı və “Davam Gənclər Hərəkatı” İctimai Birliyi arasında peşakar əlaqələri möhkəmləndirilməsi, ictimai-siyasi, mədəni proseslərdə fəal iştirak edərək, yeni və maraqlı layihələrə imza atılması, milli-mənəvi dəyərlərimizi və mədəni irsimizi qoruyaraq ölkəmizdə aparılan islahatlar prosesinə töhfə verilməsi, layihələrin işlənib hazırlanması, müxtəlif tədbirlər, görüşlərin keçirilməsini təmin etmək məqsədilə birgə əməkdaşlıq haqqında memorandum imzalanıb. 

Görüş ikitərəfli əlaqələrin inkişafı istiqamətində fikir mübadiləsi ilə davam edib.