Çinin Honkonq xüsusi inzibati ərazisində COVID-19 böhranı səbəbindən bir neçə aydır bağlı olan “Disneyland”in və "Okean" parkının fəaliyyəti bərpa olunub.
"İki sahil" xəbər verir ki, bu, Honkonq hökumətinin karantin rejimini yumşaltması sayəsində mümkün olub. Bununla belə, həmin istirahət-əyləncə mərkəzləri epidemiya əleyhininə qaydalara riayət etməklə fəaliyyət göstərəcəklər. Parklara giriş üçün biletlər əvvəlcədən onlayn qaydada satılacaq. Parkın əməkdaşları hər 14 gündən bir COVID-19 testindən keçəcəklər.
Qeyd edək ki, Honkonq sakinlərinin və turistlərin ən çox ziyarət etdikləri məkanlar olan “Disneyland” və "Okean" parkları pandemiya ilə əlaqədar ilk dəfə ötən ilin əvvəlində bağlanıb. May ayında fəaliyyətini yenidən bərpa edən parklar şəhərdə yoluxma hallarının çoxalması səbəbindən iyulun 15-də yenidən bağlanmışdı.
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub
Tünzalə Ağayeva ilə bağlı diqqətçəkən görüntülər – kameralar qarşısında nə baş verdi?