Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyə dəstəyi və Almaniyanın Bremen şəhərində fəaliyyət göstərən “Azerbaijan Society Team”in təşkilatçılığı ilə Qarabağ həqiqətlərinin bütün dünyaya çatdırılması məqsədilə “What Armenians did in Karabakh?” adlı videoçarx ərsəyə gətirilib.
"İki sahil" xəbər verir ki, Fondun yaydığı məlumata görə, videoçarxda ermənilərin Şuşa, Zəngilan, Qubadlı, Ağdam məscidlərində və ümumən Qarabağdakı mədəni irs nümunələrimizə vurduğu ziyan, törətdikləri ekoloji terror və tarixi saxtalaşdırmaq cəhdləri faktlarla işıqlandırılaraq dünya ictimaiyyətinə çatdırılıb.
AZƏRTAC xəbər verir ki, videoçarxı “Azerbaijan Society Team”in sosial şəbəkə hesablarından izləyə bilərsiniz.
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub
Tünzalə Ağayeva ilə bağlı diqqətçəkən görüntülər – kameralar qarşısında nə baş verdi?