18 fevral 2021 14:06
1120

Şəhid anası: Oğlum mənimlə halallaşmaq istəyirmiş - FOTO/VİDEO

Vətən müharibəsində Suqovuşan, Ağdərə istiqamətlərində gedən döyüşlərdə qəhrəmancasına döyüşərək şəhidlik məqamına yüksələn Balakən rayonunun Qaysa kənd sakini Heybullah Əsdiyevin anası Nəzakət Əsdiyeva “İki sahil”ə müsahibə verib. Oğlu ilə bağlı xatirələrini bölüşən N. Əsdiyeva bildirib ki, oğlu şəhid olmazdan bir neçə gün öncə onunla telefonda danışıb: “Sonuncu dəfə danışanda üç dəfə soruşdu ki, təzə-köhnə nə xəbər var? O sözləri hələ də qulaqlarımdan getmir. Nəsə soruşmaq, ya da mənimlə hallalaşmaq istəyirdi. Danışanda başa düşməmişdim. Şəhid olandan sonra başa düşdüm ki, oğlum mənimlə halallaşmaq istəyirmiş”.

Taleh Bağırov, “İki sahil”