Sabiq mədəniyyət naziri Əbülfəs Qarayevin ölkədən çıxışına “stop” qoyulması ilə bağlı məlumat yayılıb.
"İki sahil" xəbər verir ki, məsələ ilə bağlı Unikal.org-a açıqlama verən Ə.Qarayev yayılan xəbərlərin həqiqəti əks etdirmədiyini bildirib:
"Mənim harasa getmək niyyətim yoxdur. Oturmuşam evdə, elmi işlərlə məşğulam. Ölkədən çıxmağıma heç bir məhdudiyyət qoyulmayıb. Biz hüquqi dövlətdə yaşayırıq. Hər hansı bir məhkəmə qərarı olarsa, mənə cərimə yazılarsa, ondan sonra məsuliyyət daşıyacam. Mən 26 il nazir işləyib, dövlət üçün çalışmışam. Prezidentin, xalqın yolunda çalışmışam. Bu dövrdə nə edə bilmişəmsə etmişəm. Nə edə bilməmişəm, harda da səhvlərim olubsa, günahını daşıyıram".
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub
Tünzalə Ağayeva ilə bağlı diqqətçəkən görüntülər – kameralar qarşısında nə baş verdi?