18 fevral 2021 12:49
1174

Rusiyanın və keçmiş SSRİ-nin məşhur aktyoru vəfat edib

Rusiyanın və keçmiş SSRİ-nin məşhur aktyoru Andrey Myaqkov 83 yaşında vəfat edib.

“İki sahil” A.Çexov adına Moskva Akademik Bədaye Teatrının mətbuat xidmətinə istinadən bildirir ki, ilkin məlumata görə, artitin ölümünə səbəb ürək çatışmazlığıdır.

Qeyd edək ki, Anderey Myaqkov dahi rejissor Eldar Ryazanovun “Talehin istehzası, yaxud həmişə təmizlikdə”, “İşdə məhəbbət macərası”, “Sərt romans” kimi filimlərində bənzərsiz rollar ifa edib.