Rusiyanın və keçmiş SSRİ-nin tanınmış artisti Mixail Boyarsk Sankt-Peterburqda hospitala yerləşdirilib.
“İki sahil” TASS-a istinadən xəbər verir ki, bu barədə onun həyat yoldaşı Larisa Luppian bildirib.
Artistin diaqnozu məlum deyil. Onun koronavirus testi təsdiq olunmayıb. Məlumata görə, Boyarsk 10 gün əvvəl COVID-19-a qarşı peyvənd olunub.
“Ola bilsin damarın reaksiyasıdır. Bəlkə evə buraxacaqlar. Həkimlərin qərarını gözləyirəm”, - L.Luppian deyib.
Bildirilib ki, Boyarski özünü yaxşı hiss edir.
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub
Tünzalə Ağayeva ilə bağlı diqqətçəkən görüntülər – kameralar qarşısında nə baş verdi?