Xəbər verdiyimiz kimi, Kamil Şahverdiyev Space TV-yə rəhbər təyin edilib.
"İki sahil" xəbər verir ki, K.Şahverdiyev əfsanəvi sənətkar Rəşid Behbudovun kürəkənidir. O, kinorejissor Vaqif Mustafayevin telekanala rəhbərlik etdiyi müddətdə - uzun illər Space TV-nin icracı direktoru vəzifəsində çalışıb.
O, vaxtilə ssenari müəllifi, musiqi tərtibatçısı, musiqi redaktoru kimi işlərin icraçısı olub. “Gülağa Məmmədov”, “Havalansın xanın səsi”, “Hər şey olduğu kimi. Rəşid Behbudov”, “Əminə Dilbazi”, “Lütfiyar İmanov”, “Tofiq Bakıxanov”, “Sara Qədimova” və s. kimi filmlərin çoxunun ssenari müəllifi və musiqi redaktoru məhz Kamil Şahverdiyevdir.
Həmçinin o, Rəşid Behbudov Fondunun direktoru kimi fəaliyyət göstərib.
Kamil Şahverdi 2017-ci ildə Rəşid Behbudovla bağlı yaradılmış “Rashid Behbudov Official” rəsmi “Youtube” kanalının direktoru olub.
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub
Tünzalə Ağayeva ilə bağlı diqqətçəkən görüntülər – kameralar qarşısında nə baş verdi?