“Biz hamımız, tək muzey yox, xalq olaraq Zəfər muzeyinin layihəsinin təqdim edilməsini gözləyirik.”
Bu sözləri İstiqlal muzeyinin fond müdiri Aida Axundova “İki sahil”ə açıqlamasında bildirib.
Aida Axundova qeyd edib ki, 44 günlük Vətən müharibəsi bitdikdən sonra biz muzeyi rəhbərliyinin tapşırığı ilə İstiqlal muzeyi əməkdaşları olaraq fond yaradılması istiqamətində fəaliyyət göstəririk. Məlum olduğu ki, Mədəniyyət Nazirliyi də hər kəsi Zəfər muzeyinin fondunun yaradılması ilə bağlı dəstək göstərməyə çağırıb. Fondun təşkil edilməsi məqsədilə Vətən müharibəsində iştirak etmiş hərbçilərə, həkimlərə, şəhid olanlara, qazilərə məxsus şəxsi əşyalar, sənədlər, o cümlədən işğaldan azad edilən ərazilərimizə aid olan maddi-mədəniyyət nümunələri, xəritələr, gerblər və digər əşyaları olan vətəndaşlarımızdan onları karantin qaydalarına riayət etməklə, Azərbaycan İstiqlal Muzeyinə təhvil verməsini xahiş edirik: "Muzeyin işçiləri bu işdə çox fəaldırlar. Biz bu əşyaların hamısını bir yerə cəmləşdirməliyik ki, gələn ayların birində muzeyimizdə nümayiş olunsun".
Aida Axundova onu da qeyd edib ki, sərgilər pandemiya ilə əlaqədar onlayn şəkildə keçirilir: "Nazirlik bizə nə zamana icazə versə, ona uyğun tədbirlər keçirəcəyik. Biz şanlı Qələbəmizi təbliğ etmək üçün intensiv işləyirik"
Röya Rasimqızı, “İki sahil”
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub
Tünzalə Ağayeva ilə bağlı diqqətçəkən görüntülər – kameralar qarşısında nə baş verdi?