11 fevral 2021 17:56
851

Çanaqqala boğazında gəmidə yanğın olub VİDEO

Türkiyənin Çanaqqala boğazında İtalyanın Trieste Limanından İstanbulun Tuzla Limanı istiqamətində hərəkət edən “Ro-Ro” gəmisində yanğın olub.

"İki sahil" "TRT Haber"ə istinadən bildirir ki, gəminin kapitanı hadisə yerinə yardım çağırdıqdan sonra bölgəyə yanğınsöndürən texnika cəlb olunub.

Bildirilib ki, uzunluğu 193 metr olan Türkiyə bayraqlı “Gallipoli Seaways” adlı gəmidə 22 ekipaj üzvü, 4 sərnişin, 246 avtomobil olub.

https://twitter.com/kiyiemniyet/status/1359850418986180611?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1359850418986180611%7Ctwgr%5E%7Ctwcon%5Es1_c10&ref_url=https%3A%2F%2Fwww.trthaber.com%2Fhaber%2Fturkiye%2Fcanakkale-aciklarinda-ro-ro-gemisinde-yangin-555625.html