11 fevral 2021 16:18
1793

Snayper gülləsi XTQ əsgərinin qolundan belə çıxarıldı - VİDEO

44 gün davam edən Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin xüsusi təyinatlı əsgərləri ən öncül döyüşçülərdən olub.

Onlar ağır döyüşlərdə düşmənlə üz-üzə odlu silahlarla mübarizə aparıblar. Təbii ki, belə olan halda şəhid və yaralıların olması qaçılmazdır. Düşmənlə üz-üzə döyüşərək yaralanan xüsusi təyinatlıların biri də Balakən rayonundan olan baş çavuş Əfqan Zaxmayevdir.

O, Xankəndi istiqamətindəki atışmada qol və ayaq nahiyəsindən iki güllə yarası alıb. Həkimlərimizin səyi nəticəsində həmin güllələr onun bədənindən çıxarılıb. “İki sahil” həmin videonu təqdim edir. 

Taleh Bağırov, “İki sahil”