09 fevral 2021 18:54
1212

Könül Nurullayeva seçicilərinə müraciət edib VİDEO

Milli Məclisin deputatı Könül Nurullayeva seçicilərinə müraciət edib.

“İki sahil” həmin müraciəti təqdim edir:

Dəyərli həmvətənlərim və əziz seçicilər,

Bu gün VI çağırış Milli Məclisinə növbədənkənar seçkilərin keçirilməsindən bir il ötür. Pandemiya dövrü kimi kifayət qədər çətin, eyni zamanda Ali Baş Komandanın rəhbərliyilə ordumuzun şücaəti, şəhidlər və qazilərimizin qanı və canı bahasına Vətən Müharibəsinin qalibi kimi Azərbaycan və dünya tarixində şərəfli bir dönəmdə sizlərlə yorulmadan çalışmaq, problemləriniz və sizləri narahat edən məsələlərin həllində vəsilə olmaq, kiçik də olsa töhfə vermək mənim üçün çox xoş idi. Ümid edirəm ki, növbəti illərimiz də ən azından bu qədər məhsuldar və səmərəli keçəcək, hər bir vətəndaşımızı və əlbəttə ki, dəyərli seçicilərimi narahat edən problemləri səlahiyyət və qanunvericiliyimizin imkanları çərçivəsində uğurla həll etməyə çalışacağam.

Bir il ərzində millət vəkili kimi fəaliyyətimi davamlı olaraq sizlərlə paylaşdım, gördüyümüz işlərlə bağlı hesabatlarımı diqqətinizə çatdırdım. Aşağıdakı rüblük hesabatlara keçid edərək yerli və beynəlxalq illik fəaliyyətim ilə tanış ola bilərsiniz:

I rüb: https://fb.watch/3yd8rCwBR8/

II rüb: https://www.facebook.com/111846390333465/posts/190809515770485/?d=n

Vətən Müharibəsi hesabatı: https://www.facebook.com/111846390333465/posts/213450713506365/?d=n

İllik hesabat: https://www.facebook.com/111846390333465/posts/239341630917273/?d=n

Sonda fəaliyyətimizə dəstək vermiş KİV nümayəndələrinə, müraciətlərimizə müsbət cavab verərək sakinlərimizin problemlərinin həllində bizə yardımçı olmuş aidiyyatı qurumlara və minlərlə insana göstərdiyimiz maddi yardımlar zamanı bizə dəstək olan şirkət və şəxslərə dərin təşəkkürümüzü bildiririk!

Bizi Facebook, İnstagram, LinkedINTwitter sosial media şəbəkələrində izləmək üçün aşağıdakı linklərə keçid edə bilərsiniz:

https://mobile.twitter.com/KNurullayeva

https://www.instagram.com/konulnurullayeva.official/?hl=ru

https://www.linkedin.com/in/konul-nurullayeva-18335467

https://www.facebook.com/nurullayevakonul/?ref=bookmarks

Əlaqə nömrələrimiz aşağıdakı kimidir:

012 422 22 41

055 276 23 75