Mədəniyyət Nazirliyi "Xristian irsimizi tanıyaq" layihəsində Alman lüteran kilsəsi görüntülərini yayıb.
Nazirlikdən "İki sahil"ə verilən məlumata görə, 1909-cu ildə almanlar tərəfindən inşa olunan Lüteran kilsəsi Azərbaycanın Şəmkir şəhərində yerləşir.
Məkan 32 il kilsə, daha sonra isə mədəniyyət və müəllimlər evi, eləcə də tarix-diyarşünaslıq muzeyi kimi fəaliyyət göstərib.
Lüteran kilsəsinin bərpası və əsaslı təmiri Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə 2012-ci ildə həyata keçirilib və abidə kimi qorunur.
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub
Tünzalə Ağayeva ilə bağlı diqqətçəkən görüntülər – kameralar qarşısında nə baş verdi?