08 fevral 2021 14:52
3489

Həyat yoldaşının ad günündə nəşi gətirilən - ŞƏHİDİMİZ - FOTO/VİDEO

"İki sahil" "Qəhrəmanlarımızı tanıyaq" rubrikası ilə paylaşımlar edir.

Rubrikaların birində 44 günlük İkinci Qarabağ müharibəsində şəhid olan İbrahim Vəlizadədən bəhs olunub.

Bizə Şanlı Qələbəni yaşadanların sırasında İbrahim Vəlizadə də var.

Şəhid İbrahim Malik oğlu Vəlizadə 1997-ci ildə aprelin 2-də Naxçıvan Muxtar Respublikasının Babək rayonunda anadan olub. 2018-ci ildə Ali Hərbi məktəbi bitiribdikdən sonra leytenant kimi Xüsusi Təyinatlılar Bölüyündə xidmətə başlayıb. Müharibə başlayan gündən ön sıralarada döyüşən qəhrəmanımız Murovdağ, Suqovuşan istiqamətində bir çox yərlərdə döyüşüb. Murovdaga ilk bayraq sancanlardan olub. Oktyabr ayının 6-da Suqovuşan istiqamətində gedən döyüşlərdə yaralı yoldaşını çıxararkən, snayper gülləsinə tuş gəlir. İlk qarnın nahiyyəsindən, sonra isə başından vurulur. Şəhidliyindən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunması” medalı və 3-cü dərəcəli “Rəşadət ordeni” ilə təltif olunub. Ailəlidir, 1 övladı var. Övladına şəhid Fərid Əhmədovun adını verib.

Şəhid İbrahim Vəlizadə oğlunu dünyaya gələndən sonra cəmi 1 dəfə görüb. Şəhidlik zirvəsinə ucalmamışdan əvvəl həyat yoldaşına kaş oğlumu bir dəfə də qucaqlaya, öpə biləydim deyib.

Vətənə olan sevgisi toyunda da özünü gösdərib. Şadlıq sarayına vağzalı ilə deyil, Azərbaycanın Dövlət Himni ilə daxil olur, masasında başları üzərindən Azərbaycan bayrağını asdırır.

Oktyabrın 6-da şəhid olan qəhrəmanımızın nəşi noyabrın 30-da yoldaşının ad günündə ailəsinə təhvil verilir.

Allah rəhmət eləsin.