06 fevral 2021 19:19
951

Moskvada yanğın 3 can aldı - VİDEO

Rusiyanın paytaxtı Moskvada doqquzmərtəbəli yaşayış binasında yanğın baş verib.

“iki sahil” xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumatına görə, ikinci mərtəbədən başlayaraq bütün binaya yayılan yanğın nəticəsində 3 nəfər ölüb, 14 nəfər yaralanıb.

Bildirilir ki, yerli vaxtla saat 15:44-də yanğın tamamilə söndürülüb.

Moskva meri Sergey Sobyaninin sözlərinə görə, bütün qurbanlara yardım göstəriləcək.