"Türkiyə inkişaf mübarizəsində gecikmənin əvəzini uzun müddət baxımsızlıq, gerilik yoxsulluq içində ödəyib. Millətimizin dəstək və təşviqi ilə 18 ildir hər sahədə Türkiyənin üzünü dəyişdirdik. Bu gün, Türkiyə qlobal müstəvidə meqa layihələrin yarısından çoxunu təkbaşına reallaşdıran dövlətdir. Ölkəmizi dünyanın ən böyük 10 iqtisadiyyatı sırasına daxil etmək üçün daha böyük layihələrə, daha böyük investisiyalara müraciət etdik”.
“İki sahil” xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Malatya ilə Sivas arasındakı Karakaya Baraj gölündə inşa edilən 517,5 metr uzunluğunda yeni Tohma körpüsünün açılışında deyib.
Türkiyə prezidenti bildirib ki, cümhuriyyətin ilk illərindəki inkişaf və sənayeləşmə təşəbbüsləri bir-bir kəsilib. Menderesin yenidən başlatdığı inkişaf addımının cavabı bir çevrilişlə verilib: “İnfrastrukturumuzun gücündən aldığımız cəsarətlə davamlı olaraq hər sahədə hədəfləri artırırıq, yeni güclərimizi artırırıq və xüsusilə istehsal sahələrimizi genişləndiririk. Ölkəmizə qarşı məkrli planların içində olan spekulyantlardan tutmuş terror təşkilatlarına qədər hər şeyin altından bənzər əməllərin çıxdığını gördük”.