Azərbaycan Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin (HHQ) 77 hərbçisinin Türkiyənin “Baykar” şirkətində keçirilən təlimləri uğurla başa vurublar.
“İki sahil” xəbər verir ki, Azərbaycanın Türkiyədəki Səfirliyinin məlumatına görə, 4 ay davam edən “Bayraktar TB2 silahsız pilotsuz təyyarələrin (SİHA) operatoru” təlimində iştirak edən hərbçilərimiz SİHA pilotu, komana idarəetmə, yük operatoru və digər texniki vəzifələr üzrə sertifikatlar alıblar.
Ədirnə vilayətinin Keşan rayonundakı “Baykar” Uçuş Təlim Mərkəzində təşkil edilən mərasimdə təlimçilərə sertifikatları şirkətin baş direktoru Haluk Bayraktar və “Baykar Texnologiya”nın lideri Səlcuq Bayraktar təqdim edib.