05 fevral 2021 17:21
1434

Qazi: Bu hissləri sözlə ifadə etmək mümkün deyil - VİDEO

44 günlük Vətən müharibəsində ağır dərəcədə yaralanan qazilərimizin səhhətinin bərpası ilə bağlı müalicə tədbirləri davam etdirilir. “İki sahil” xəbər verir ki, ciddi fiziki xəsarət alan qazilərimizin fiziki bərpa prosesini daha da sürətləndirmək üçün “YAŞAT” Fondu tərəfindən xaricdə sifariş əsasında gətirilən 5 ədəd “RGO” ortopedik cihazı Səhiyyə Nazirliyinin Buzovnada yerləşən Reabilitasiya Mərkəzindəki qazilərin istifadəsinə verilib.

Cihazdan istifadə edən qazilər dövlətin dəstəyi sayəsində tez bir zamanda fiziki sağlamlıqlarına qovuşacaqlarına inandıqlarını bildiriblər. 

Taleh Bağırov, “İki sahil”