05 fevral 2021 12:09
1216

“RGO” ortopedik cihazından istifadə edən qazi: Bu cihaz yeriməyimə çox kömək edir

Bu gün Səhiyyə Nazirliyinin Buzovna qəsəbəsində yerləşən Reabitasiya Mərkəzində Vətən Müharibəsində yaralanan qazilərin istifadəsinə verilib.

“RGO” ortopedik cihazından istifadə edən qazi Sabir Əliyev fikirlərini “İki sahil”ə danışıb:

“Vətən Müharibəsində Füzuli rayonun işğaldan azad olunması uğrundə gedən döyüşlərdə snayperlə onurğamdan yaralanmışam.  Bu cihaz yeriməyimə çox kömək edir. İstifadə etdikdən sonra gördüm ki, bu avadanlıq vasitəsilə ayaq üstə dura bilirəm.”

Qeyd edək ki, “YAŞAT" Fondu tərəfindən ağır yaralanan qazilərimizin  səhhətinin bərpası ilə bağlı işlər davam etdirilir.