03 fevral 2021 14:48
1187

Marsa uçan "Starship" kosmik gəmisi partladı- VİDEO

Elon Maska məxsus "Space X" şirkətinin "Starship" kosmik gəmisinin prototipi partlayıb.

"İki sahil" xarixi mediaya istinadən bildirir ki, partlayış Texasdakı sınaqlar zamanı, raketin yerə endiyində baş verib.

Məlumata görə, bu kosmik gəmi Marsa uçuş üçün nəzərdə tutulub.

Qeyd edək ki, ötən il şirkətin kosmik gəmisi ilk dəfə yüksəkliyə qaxıb, daha sonra isə çevrilərək, yer üzünə endikdə partlayıb.