Paytaxtın bəzi ərazilərinin təbii qaz təchizatında fasilə yaranıb.
“Azəriqaz” İstehsalat Birliyindən "İki sahil"ə verilən məlumata görə, fevralın 3-də "Qaz İxrac" İdarəsinin “Digah-Böyükşor” magistral qaz kəmərinin 6,4-cü kilometrində əmələ gəlmiş qaz sızmasının ləğvi və korroziyaya uğramış hissələrin dəyişdirilməsi işləri aparılır.
İşlər başa çatanadək Xətai rayonunun Babək, Xocalı, Nobel prospektləri, Y.Səfərov, F.Bayramov, S.Vəzirov, M.Mehdizade, İ.Orucova küçələri, NZS qəsəbəsi, UPD yaşayış massivi, Əhmədli kəndi və digər bir neçə yaşayış məntəqəsində bir qrup abonentin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
"Əsrin müqaviləsi"nin 32-ci ildönümü və Neftçilər Günü münasibətilə tədbir keçirilib
SOCAR-ın kollektivi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib - FOTO