Özbəkistanın “interpress.uz” portalı, rus dilində “Bülbül və Azərbaycan simfonik muğamlarının yaranması” sərlövhəli məqalədə məqalə dərc olunub.
“İki sahil” xəbər verir ki, məqalədə muğamların Şərqdə makom, muğam, şaşmakom və digər adlarla geniş yayıldığı qeyd olunur. Simfonik muğam isə ancaq Azərbaycanda vüsət alıb.
AZƏRTAC-ın məlumatına görə, yazıda Bülbülün rəhbərliyi altında 1931-1943-cü illərdə fəaliyyət göstərən Elmi-tədqiqat musiqi kabinetinin təşəbbüsü ilə müxtəlif xanəndələrin ifasında muğamlar lentə yazılıb.
Bundan başqa, Bülbül Azərbaycanın rayonlarını kəndbəkənd gəzərək yaddan çıxan muğam və xalq mahnılarını toplayıb, musiqilərə yeni həyat verib.
Məqalədə Bülbülün Məşədi Cəmil Əmirovla dostluğu, onun oğlu Fikrət Əmirovla əməkdaşlığı haqqında da söhbət açılır. Vurğulanır ki, məhz Bülbülün məsləhəti ilə Fikrət Əmirov “Şur” və “Kürd ovşarı” muğamlarının əsasında 1947-1948-ci illərdə eyni adlı simfonik muğamlar yazır. 1948-ci il avqustun 9-da bu simfonik muğamlar ilk dəfə ifa olunur və böyük uğur qazanır.
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub
Tünzalə Ağayeva ilə bağlı diqqətçəkən görüntülər – kameralar qarşısında nə baş verdi?