44 günlük Vətən müharibəsində müzəffər Azərbaycan əsgəri Qarabağı işğaldan azad edərək Ermənistan ordusuna sarsıdıcı zərbə vurdu. Silahlı Qüvvələrimizin birlikləri cəbhənin bütün istiqamətlərində Ermənistana aid texnikaları zərərsizləşdirməklə yanaşı, xeyli sayda əsgəri də əsir kimi ələ keçirdi. Qorxaqlığı ilə məşhur olan ermənilər əsgərlərimizə əsir düşərkən də ağlayıb yalvarmağı özlərinə ar bilməyiblər. “İki sahil”ə müsahibəsində Qarabağ qazisi Vüsal Səttarov da belə ermənilərlə çox qarşılaşdığını bildirdi: “Əsir götürmə halları çox olub. O anda bir daha nə qədər qorxaq olduqlarını gördük. Əsir düşən kimi ağlayıb yalvarmağa başlayırdılar. Rus dilində deyirdilər ki, biz sizə güllə atmamışıq, bizi bura zorla göndəriblər. Bir dəfə də tutduğumuz əsirlər yoldaşlarının onları aldadaraq orada müdafiəsiz qoyub qaçdıqlarını söylədilər. Əsirlərdən biri də kapitan idi”.
Taleh Bağırov, “İki sahil”