Fevralın 1-dən etibarən ölkə ərazisində ictimai iaşə obyektləri, eləcə də restoran, kafe və çay evləri və bu kimi digər məkanlarda saat 06:00-dan 00:00-dək müştərilərə yerində xidmətlər bərpa olunub.
"İki sahil" xəbər verir ki, əhalinin sağlamlığının qorunması və təhlükəsizliyinin təmin edilməsi məqsədilə ictimai iaşə müəssisələrində xidmətlərin təşkili Nazirlər Kabinetinin müvafiq qərarı və normativ hüquqi sənədlərin tələblərinə uyğun həyata keçirilməlidir. Bununla yanaşı, ictimai iaşə müəssisələrində təmizlik-dezinfeksiya işləri mütəmadi olaraq davam etdirilməli, qoruyucu vasitələrdən qanunvericiliyin tələblərinə uyğun olaraq istifadə olunmalıdır.
İctimai iaşə müəssisələrində koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı həyata keçirilən maarifləndirici tədbirlərə dəstək məqsədilə AQTA tərəfindən hazırlanmış növbəti videoçarx zəruri qaydaları özündə əks etdirir.