01 fevral 2021 22:32
1243

Ərdoğan: Ölkəmiz hər sahədə regional və siyasi liderlik siyasətini həyata keçirməkdədir

Türkiyə hər zaman qlobal siyasi və iqtisadi dəyişikliyin arxasında qalıb status-kvoya təslim olduğu üçün böyük bədəllər ödəyib.

“İki sahil” AA-ya istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Prezidentin sözlərinə görə, ölkəsi bu dəfə hədəflərinə çatacaq: "İnşallah bu dəfə qlobal siyasi və iqtisadi dəyişikliklərin önündə öz təşəbbüslərimizi həyata keçirərək hədəflərimizə nail olacağıq. Ölkəmiz bu məqsədlə bir müddətdir, iqtisadiyyatdan təhlükəsizliyə, bütün sahələrdə regional və siyasi liderlik siyasətini həyata keçirməkdədir”.