01 fevral 2021 21:16
1317

Daha bir qazimiz uğurla əməliyyat olundu

Yaşatmağa davam!

"İki sahil" xəbər verir ki, “YAŞAT” Fondu tərəfindən ağır yaralanan qazilərimizin səhhətinin bərpası ilə bağlı tədbirlər davam etdirilir.

Onlardan biri də Nicat Əmrəliyevdir. Ciddi fiziki travma alan qazimiz “YAŞAT” Fondu tərəfindən zəruri tibbi müayinələrdən keçirilib və uğurla əməliyyat olunub.  Nicat Əmrəliyev təəssüratlarını bölüşüb.