ABŞ Milli Aeronavtika və Kosmik İdarəsinin (NASA) astronavtları Mayk Hopkins və Viktor Qlover 2021-ci ilin ilk kosmik səyahətini həyata keçiriblər.
"İki sahil" bildirir ki, bu barədə NASA açıqlama yayıb. Səyahət 6 saat 56 dəqiqə davam edib.
Bu, kosmosa NASA-nın kosmik layihəsini dəstəkləyən 233-cü səyahət kimi qeydə alınıb.