Rusiyanın üç telekanalına paytaxt Yerevanda, birinə isə Ermənistan üzrə yaxın 7 il ərzində yayımına uyğun lisenziya almadan icazə verilib.
“İki sahil” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bunu Ermənistanın Teleradio üzrə Milli Komissiyasının sədri Tiqran Akopyan yanvarın 27-də keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, “RTR-Planeta”, “Rossiya-Kultura” və “Birinci kanal” Yerevan ərazisində, “RTR-Planeta” isə Ermənistan üzrə yayımlanacaq: “Mir” telekanalı isə heç bir müsabiqədə iştirak etmir. O, Yerevanda dövlətlərarası müqaviləyə əsasən yayımlanır. Rusiya telekanalları bundan sonra əvvəllər tələb edilməyən bir sıra şərtlərə əməl etməlidir. Aprelin 24-də əyləncəli verilişlər yayımlamamalı, seçki prosesinə müdaxilə etməməli, Ermənistanda fövqəladə və hərbi vəziyyət rejiminə hörmət etməlidir”.
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub
Tünzalə Ağayeva ilə bağlı diqqətçəkən görüntülər – kameralar qarşısında nə baş verdi?