26 yanvar 2021 14:35
1161

Bakı sakini özünü 18 mərtəbəli binadan atdı - VİDEO

Bakıda naməlum şəxs özünü 18 mərtəbəli yaşayış binasından atıb.

“İki sahil” xəbər verir ki, hadisə Xətai rayonu, Xudu Məmmədov küçəsində "TikMat" kimi tanınan binada qeydə alınıb.

Məlumata görə, həmin şəxs hadisə yerində keçinib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib, araşdırma aparılır.