18 yanvar 2021 13:22
976

Qaz istehlakı ötən il 4%-dən çox artıb

Ötən il Azərbaycanda ümumilikdə 12 mlrd. kubmetr təbii qaz istehlak olunub ki, bu da illik müqayisədə 4,35% çoxdur.

Bu barədə "İki sahil" SOCAR-a istinadən xəbər verir.

Xatırladaq ki, 2019-cu ildə ölkədə təbii qazın ümumi daxili istehlakı, il ərzində texniki sərfiyyat və itkilər çıxıldıqdan sonra 11,5 mlrd. kubmetr təşkil edib.