18 yanvar 2021 13:20
915

SOCAR ötən il qazma işlərini kəskin azaldıb

Ötən ili SOCAR 56 min metrə yaxın qazma işləri həyata keçirilib, bu da 2019-cu ilin göstəricisi ilə müqayisədə 2,7 dəfə azdır.

Bu barədə "İki sahil" SOCAR-a istinadən xəbər verir.

Xatırladaq ki, 2019-cu ildə ölkə üzrə 291 min metr,  SOCAR üzrə 151 min metrə yaxın qazma işləri həyata keçirilib.