18 yanvar 2021 11:14
1292

Oqtay Şirəliyev peyvənd olunub - VİDEO

Səhiyyə naziri Oqtay Şirəliyev COVID-19 əleyhinə peyvənd olunub. 

“İki sahil”in məlumatına görə, nazir Bakı Sağlamlıq Mərkəzində vaksinasiyadan ilk keçənlərdən olub. 

Nazirlə yanaşı, nazir müavinləri və digər rəsmi şəxslərə də koronavirus əleyhinə peyvənd vurulub.

Qeyd edək ki, bu gündən Azərbaycanda Çin istehsalı olan "CoronaVAC" vaksini ilə peyvəndlənmə həyata keçirilir.