14 yanvar 2021 21:44
744

Qarasüleymanlıda taya yandı

Goranboy rayonunun Qarasüleymanlı kəndində həyətyanı sahəyə yığılan 12 ton ot bağlamasının 3 tonu yanıb.

“İki sahil” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.