Real TV-nin rəhbəri, tanınmış jurnalist Mir Şahin “Azadlığın ad günü” televiziya filminin “Zəngəzur” adlı ikinci hissəsini tamaşaçılara təqdim edib.
Şurnuxdan maraqlı çəkilişlərlə zəngin filmdə bu kəndin azadlığı böyük tarixi perspektivdə şərh olunaraq, göstərilir ki, Şurnuxun qaytarılması Azərbaycanın mənəvi ərazisi olan Zənəgəzur mahalının bir hissəsinin fiziki xəritəmizdə də təsbit olunması deməkdir.
Filmin ən maraqlı hissələrindən biri Mirşahinin qonşu kənddə ermənilərin evinə gedərək, çay süfrəsi arxasında götürdüyü müsahibədir.
"İki sahil" oxucularını bu maraqlı filmə baxmağa dəvət edir.