10 yanvar 2021 01:15
1104

Yanğın 7 can aldı - VİDEO

Kolumbiyanın şərqi Norte-de-Santander departamentinin Kukuta şəhərində baş verən güclü yanğın zamanı azı 7 nəfər həlak olub, 4 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıblar. Onlar yaxınlıqdakı xəstəxanaya yerləşdiriliblər.

“İki sahil”in məlumatına görə, alov üç evi və dörd avtomobili əhatə edib.

Hakimiyyət orqanları hadisə ilə bağlı təhqiqata başlayıb. İlkin məlumata görə, yanğına qısaqapanma səbəb olub.