05 yanvar 2021 13:05
1103

Lerikin Bibiyani kəndinə təbii qaz verilib

Regionların sosial-iqtisadi inkişafına dair dördüncü Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərə müvafiq olaraq Lerik rayonunun Bibiyani kəndinə təbii qaz verilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, kənddə 182 abonentin evinə təbii qaz xətti çəkilib və qaz sayğacları quraşdırılıb.

Bu münasibətlə keçirilən açılış mərasimində çıxış edənlər sakinləri əlamətdar hadisə münasibətilə təbrik ediblər.

Kəndin sakinləri əhalinin sosial və məişət şəraitinin yaxşılaşdırılmasına göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.