Qarabağda atəşkəsin Rusiya ilə birgə monitorinqini aparacaq Türkiyə Silahlı Qüvvələrinin heyəti Azərbaycana gedib.
"İki sahil" AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə məlumatı Türkiyənin milli müdafiə naziri Hulusi Akar açıqlayıb.
“Birgə Mərkəzin inşasının tamamlanmasından və fəaliyyətə keçməsindən dərhal sonra bir general və 35 zabitimiz xidmətə başlayacaq”, - deyə nazir bildirib.
Hulisi Akar, həmçinin Türkiyə-Rusiya monitorinq mərkəzində xidmət edəcək türk hərbçilərinin artıq Azərbaycana yola düşdüyünü təsdiqləyib.