Dağlıq Qarabağdakı Rusiya sülhməramlıları Hadrut ərazisində atışmanın baş verməsi haqqında informasiyanı yoxlayacaqlar.
"İki sahil" “Report”a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Müdafiə Nazirliyinin məlumatına görə, hazırda atəşin dayandırılmasının rejiminə bütün təmas xətti üzrə riayət edilir.
Tərəflər üzrə barışıq mərkəzi 27 dekabr 2020-ci il tarixdə Tuğ ərazisində avtomat silahların istifadə barədə məlumatları yoxlayır.
Nazirlikdə xatırladıblar ki, dekabrın 28-də əsirlərin növbəti mübadiləsi həyata keçirilib. Rusiyanın Kosmik Hava Qüvvələrinin helikopteri ilə iki əsir Bakıya çatdırılıb. Həmçinin Ermənistana dörd əsir qaytarılıb.
Xocavənddə Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin birgə təliminin açılışı olub - VİDEO
Özbəkistan heyəti “Birliyin Gücü – 2026” təlimində iştirak etmək üçün ölkəmizə gəlib
Azərbaycan Ordusunda Dövlət Suverenliyi Günü münasibətilə silsilə tədbirlər keçirilib