Şanlı ordumuzun heç bir maddi-məişət çətinliyinin olmaması üçün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu və “Bravo” supermarketlər şəbəkəsi hərbi qulluqçularımız üçün dəstək aksiyasının həyata keçirilməsini davam etdirir.
Bu gün Tərtər rayonunun işğaldan azad edilmiş Talış kəndi ərazisində xidmət göstərən tabora yardım paylanılıb.
Öz növbəsində yardım məhsulları müvafiq olaraq postlarda xidmətdə olan əsgərlərə paylanılacaq.
"İki sahil" əraziyə ezam olunmuş oxu.az-ın əməkdaşı yardım aksiyası ilə bağlı görüntüləri təqdim edir:
Xocavənddə Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin birgə təliminin açılışı olub - VİDEO
Özbəkistan heyəti “Birliyin Gücü – 2026” təlimində iştirak etmək üçün ölkəmizə gəlib
Azərbaycan Ordusunda Dövlət Suverenliyi Günü münasibətilə silsilə tədbirlər keçirilib