Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq, zirehli texnikanın tətbiqi üzrə praktiki vərdişlərin təkmilləşdirilməsi məqsədilə Azərbaycan Ordusunun bölmələrində döyüş hazırlığı üzrə dərslər keçirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən "İki sahil"ə bildiriblər ki, praktiki dərslər zamanı hərbi qulluqçular sıra hazırlığı üzrə məşqlərə cəlb olunur, simulyasiya trenajorlarında təlim keçir və zirehli texnikanın idarə edilməsi bacarıqlarını artırırlar.
Xocavənddə Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin birgə təliminin açılışı olub - VİDEO
Özbəkistan heyəti “Birliyin Gücü – 2026” təlimində iştirak etmək üçün ölkəmizə gəlib
Azərbaycan Ordusunda Dövlət Suverenliyi Günü münasibətilə silsilə tədbirlər keçirilib