Azərbaycanın Qarabağ bölgəsindəki Rusiya sülhməramlıları əmək haqqının iki misli həcmində yardım alacaqlar.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya müdafiə nazirinin müavini Tatyana Şevsova bildirib.
“Dağlıq Qarabağdakı şəxsi heyətə əlavə əmək haqqı da nəzərdə tutulub. Onlara aylıq əmək haqqının iki misli həcmində yardım ediləcək”, - o deyib.
Nazir müavinin sözlərinə görə, Rusiya hökuməti bununla bağlı qərar qəbul edib.
Xocavənddə Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin birgə təliminin açılışı olub - VİDEO
Özbəkistan heyəti “Birliyin Gücü – 2026” təlimində iştirak etmək üçün ölkəmizə gəlib
Azərbaycan Ordusunda Dövlət Suverenliyi Günü münasibətilə silsilə tədbirlər keçirilib