24 dekabr 2020 16:35
1009

Masazırda təbii qaz təchizatı müvəqqəti dayandırılıb

Masazır qəsəbəsində 500 abonentin təbii qaz təchizatı müvəqqəti dayandırılıb.

“Azəriqaz” İstehsalat Birliyindən "İki sahil"ə bildirilib ki, dekabrın 24-də Abşeron rayonunun Masazır qəsəbəsində fərdi yaşayış evinin hasarı qaz xəttinin üzərinə aşıb. Nəticədə diametri 89 millimetr olan qaz xətti yararsız hala düşüb.

Bakı Regional Qaz İstismarı Departamentindən verilən məlumata görə, hadisə səbəbindən təqribən 500 abonentin qaz təchizatı müvəqqəti olaraq dayandırılıb.