22 dekabr 2020 14:06
1129

Heydər Əliyev adına NEZ-nun modernləşdirilməsi üzrə yenilənmiş iş cədvəli yekun razılaşdırma mərhələsindədir

Pandemiya Heydər Əliyev adına Neft Emalı Zavodunun (NEZ) modernləşdirilməsi cədvəlinə ciddi təsir göstərib.

Bunu Trend-ə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr departamentinin rəis müavini İbrahim Əhmədov deyib.

O bildirib ki, pandemiyanın təsirini nəzərə alan yenilənmiş iş cədvəli əsas podratçılarla razılaşdırmanın yekun mərhələsindədir: "Noyabrın sonuna olan vəziyyətə görə, yeni cədvəl çərçivəsində işlərin ümumi irəliləyişi 59 faiz səviyyəsində nəzərdə tutulur".

İ.Əhmədov əlavə edib ki, bu ilin sonunadək zavodun modernləşdirilməsi çərçivəsində vacib tapşırıqları başa çatdırmaq planlaşdırılır.