Ermənistanın müdafiə naziri Vaqarşak Arutyunyan Sünik bölgəsinə gedib.
Publika.az xəbər verir ki, nazir Dağlıq Qarabağla həmsərhəd olan bölgəyə vəziyyətin pisləşməsi səbəbilə səfər edib.
Arutyunyan sərhədyanı bölgələrdə gücləndirmə işləri, hərbi postların tikintisi və növbəlilik qaydaları ilə yerində tanış olacaq.
Ərazi İdarəetmə və İnfrastruktur naziri Suren Papikyan da Sünik bölgəsindəki vəziyyətə münasibət bildirib. O, Ermənistanın sərhədlərində nəzarətin onlarda olduğunu deyib.
Nazirin bölgəyə səfərinin altında daha ciddi səbəblərin yatdığı, lakin bunun açıqlanmadığı bildirilir.
"Birliyin Gücü - 2026" birgə hərbi təliminin komanda-qərargah məşqləri keçirilib
Xocavənddə Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin birgə təliminin açılışı olub - VİDEO
Özbəkistan heyəti “Birliyin Gücü – 2026” təlimində iştirak etmək üçün ölkəmizə gəlib
Azərbaycan Ordusunda Dövlət Suverenliyi Günü münasibətilə silsilə tədbirlər keçirilib