16 dekabr 2020 23:15
969

Naxçıvan Teleradiosunun efir vaxtı 1 saat artırılıb, yenilənən internet saytının təqdimatı olub

Naxçıvan Dövlət Televiziyasının və Radiosunun internet üzərindən yayımlanması, yeni texnologiyaların iqtisadiyyatın və həyatın bütün sahələrində tətbiqi, sürətli internetə çıxış imkanlarının yaradılması və rəqəmsal yayıma keçid Naxçıvanın informasiya blokadasının yarılmasına, qədim diyarın müasir sosial-iqtisadi inkişafı, tarixi və turizm potensialı haqqında məlumatların oxucu, tamaşaçı və dinləyicilərə daha operativ çatdırılmasına imkan verir. Teleradionun efir vaxtının daha bir saat artırılaraq 20 saata çatdırılması və saytın yenilənməsi bu sahədə həyata keçirilən tədbirlərin davamı kimi mühüm əhəmiyyətə malikdir.

"İki sahil" NUHÇIXAN-a istinadən Naxçıvan televiziyasının əməkdaşlarının mövzu ilə bağlı hazırladığı videomaterialı təqdim edir: